Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oqtay Əsədov: Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək

Oqtay Əsədov: Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək

Bakı, 10 may, Təhminə Hümbətova, AZƏRTAC

Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xüsusi iclas keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi barədə məruzə ilə çıxış edən Milli Məclisin sədri Oqtay deyib ki, ümummilli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

Ötən əsrin 60-cı illərinin sonlarında və 1990-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf edib. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyub. Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı. 1978-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Ulu Öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi - C.Naxçıvanski adına hərbi məktəb yaradıldı. Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırılıb. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərilib. O dövrdə hazırlanan kadrlar sonralar milli ordumuzun özəyini təşkil etdilər. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər İttifaqının rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım olub.

Qeyd olunub ki, Azərbaycan xalqı son yüz ildə iki dəfə dövlət müstəqilliyi əldə edib - 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də. Hər iki dövrdə tarixi talelər müəyyən məqama qədər oxşar olub. Erməni təcavüzü, xarici qüvvələrin təxribatları, daxildə hakimiyyət uğrunda mübarizə. Əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər üzündən cəmi 23 ay yaşaya bilib. Əsrin sonlarında yenidən tarix səhnəsinə çıxan müstəqil dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Amma bu dəfə Heydər Əliyev şəxsiyyətinin mövcudluğu dövlət müstəqilliyinin itirilməsinə səbəb ola biləcək təhlükələrin aradan qaldırılmasında müstəsna rol oynadı.

“Mən burada bir məqama diqqəti cəlb etmək istəyirəm. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü özündən əvvəlki dövrlə müqayisə edəndə tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər bir cəmiyyət və dövlət üçün nə qədər böyük həyati əhəmiyyətə malikdir. Bu həqiqəti biz 1988-1993-cü illərdə yenidən görüb yəqin etdik. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxardı. Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz məhəbbət tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, Ümummilli Liderimizin dünyanın qoluzorlularının iradəsinə qarşı çıxması onun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun tarixini “Milli Qurtuluş Günü” kimi dəyərləndirdi”, - deyə Milli Məclisin sədri qeyd edib.

Oqtay Əsədov diqqətə çatdırıb ki, 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində Heydər Əliyevin həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ulu Öndərin xilaskarlıq missiyasında ilk tədbiri xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu. Heydər Əliyev torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilib. Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Azərbaycan Ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistanı Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı. Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi. Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Ölkədə onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə başladı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu. Milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsi oldu. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəyə çevrildi.

Parlament sədri vurğulayıb ki, bu möhtəşəm işlərin reallaşmasında Milli Məclis həmişə Ümummilli Liderimizin yanında olub, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləyib. Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərib. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak edib, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını verib. Sonrakı dövrdə də Ulu Öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış edib. Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədilə Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul edib. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar Ümummilli Liderimizin imzası ilə parlamentə təqdim edilib və Milli Məclis tərəfindən qəbul olunub. Beləliklə, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin hakimiyyətə qayıdışından sonra göstərdiyi xidmətlər barədə belə deyib: “1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulub və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulub. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.

Oqtay Əsədov bildirib ki, xalqımızın bütün müsbət keyfiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı üzvi vəhdət təşkil edirdi. Bu gün Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ciddi tədqiqatların mövzusudur. Ulu Öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir. Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. Burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən stendlər, bədii kitablar və elmi tədqiqat əsərləri, digər eksponatlar Milli Məclisin qonağı olan dövlət və hökumət başçılarının, parlament nümayəndələrinin böyük marağına səbəb olur. Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Tamamilə məntiqlidir ki, onun həyatına və fəaliyyətinə həsr edilən araşdırmalar zaman keçdikcə daha geniş miqyas alır. Böyük dövlət xadimlərindən biri deyib ki, “Siyasət mümkün olanı bacarmaq sənətidir”. Amma Ümummilli Liderimiz özünün bütün fəaliyyəti ilə sübut etdi ki, siyasət həm də mümkün olmayanı bacarmaq sənətidir. Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə məhkum olan dövləti qoruyub yaşatdı və xalqımıza ərməğan etdi. Əminəm ki, Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib