Orban: Avropada xaos hökm sürür
Bakı, 14 mart, AZƏRTAC
Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ-nin siyasətindəki gözlənilməzlik və köhnə dünya nizamının dağılması Avropa İttifaqı liderlərini çaşqın vəziyyətə salıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən illik Karpat Hövzəsi Forumunda çıxışı zamanı səsləndirib.
Bildirib ki, Avropa hazırda xaos içindədir. Onun sözlərinə görə, digər Avropa ölkələrinin liderləri ilə görüşləri, o cümlədən Brüsseldə keçirilən Aİ sammitləri də bu qənaəti gücləndirib.
Orban hesab edir ki, mövcud vəziyyət həm çətin iqtisadi şərait, həm də yeni dünya nizamına keçid prosesi ilə bağlıdır. Onun fikrincə, ABŞ-dən fərqli olaraq Avropa İttifaqı hələ də köhnə qaydalarla hərəkət etməyə çalışır və yeni geosiyasi reallıqlara uyğun mövqe müəyyənləşdirə bilmir.
“Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bəzi faktlar göstərir ki, biz bir-iki il əvvəl yaşadığımız dünyanın məntiqindən imtina etməli və bu günün reallıqlarına uyğun düşünməliyik”, - deyə Baş nazir vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]