Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunun Dırnıs kəndi abadlaşan kəndlər sırasına qoşulub

Ordubad, 3 dekabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilib, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşub. Muxtar respublikanın digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılıb, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilib.

Dırnıs kənd məktəbində müasir tədris imkanları mövcuddur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də Dırnıs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan 216 şagird yerlik məktəbdə 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4550 kitab vardır.

Ali Məclisin Sədri bölgələrin tarixi ilə bağlı nəşr olunmuş kitabların kitabxanalara verilməsi barədə tapşırıq verib.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış kəşfiyyatçı tank”, “Yanğın əleyhinə xəbərdaredici qurğu” və “Xətt izləyən robot” layihələrini təqdim ediblər.

Müəllim Etibar Süleymanov yaradılan şəraitə görə minnətdarlıq edib.

Məktəbdə internetə çıxışı olan 20 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan qalaları” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunub. Əyani vasitələrlə təminat dərslərin təcrübə yolu ilə keçirilməsinə imkan yaradır. Bu da dərsləri daha yaxşı qavramaqda kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.

Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə və formalaşmalarına xidmət edir. İstifadəyə verilən hərbi kabinə, bu mənada, mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, hazırda məktəbin 1 məzunu Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsilini davam etdirir. 5 məzun isə zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Onlar Vətən müharibəsi iştirakçılarıdır. Məktəbin bir məzunu, kapitan Vüqar Nəcəfov İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Məktəbin hərbi müəllimi isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təşkil etdiyi zabit hazırlığı kursunu bitirərək leytenant rütbəsi alıb.

Ali Məclisin Sədri Vətən müharibəsi iştirakçıları ilə şagirdlər arasında görüşlərin keçirilməsi barədə tapşırıq verib.

Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. İdman zalında bədən tərbiyəsi və fiziki tərbiyə fənlərinin tədrisi, eləcə də şagirdlər arasında bir sıra idman növləri üzrə yarışların keçirilməsi üçün müasir şərait mövcuddur. İdman zalına baxış zamanı bildirilib ki, məktəbdə basketbol və tennis idman klubları yaradılıb.

Şahmat sinfinə baxış zamanı Ali Məclisin Sədri onlayn şahmat yarışlarına üstünlük verilməsi barədə tapşırıq verib, Naxçıvanda şahmatın tədrisinin nümunə kimi təqdim olunduğunu bildirib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Bu ilin ötən dövründə 7 ümumtəhsil müəssisəsi yenidən qurularaq istifadəyə verilib. Təhsil infrastrukturunun yaxşılaşdırılması nəticəsində müasir laboratoriyalar, fənn kabinələri, idman zalları, açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə verilib. Ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların tətbiqinə geniş imkanlar açıb. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, 50 təhsil müəssisəsində isə kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Dırnıs kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb, müasir tədris şəraiti yaradılıb. Son 5 ildə məktəbin 42 məzunundan 30-u, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, onlardan 5-i 500-700 arası bal toplayıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Aynur Zəkili Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Təhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və digər tədris vəsaitləri ilə təmin olunub. Bu gün Dırnıs kənd tam orta məktəbi də Ali Məclis Sədrinin qayğısı sayəsində müasir məktəblər sırasına qoşulur. Hərtərəfli tədris şəraiti yaradılan məktəb bu gün istifadəmizə verilir. Bu, bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Yaradılan müasir tədris şəraiti şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkanlar açır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilin də əsası məktəbdə qoyulur. Ona görə də məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulmalıdır. Müstəqil ölkəmizin gələcəyinin təminatçısı olan gənclərin yetişdirilməsi üçün onlar yaxşı təhsil almalı, vətənpərvər ruhda böyüməlidir. Gənclər elə yetişdirilməlidir ki, onların nəinki Azərbaycanda, həmçinin istənilən xarici ölkələrdə ali təhsil almaq, peşə öyrənmək imkanları olsun. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik”. Məktəbdə təhsillə bərabər, gənclərimizi həm də vətənpərvər ruhda böyütməliyik ki, gələcəkdə ölkəsi, cəmiyyət və ailəsi üçün yararlı vətəndaşa çevrilə bilsin. Bu gün Dırnıs kənd tam orta məktəbinin yaxşı müəllim kollektivi formalaşıb. Bu özünü məktəbin son 5 ildəki nəticələrində göstərir. Məktəbi bitirənlərin 71 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunub. Bu da muxtar respublikanın orta göstəricisinə yaxındır.

Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək deyib: Ölkəmizin gələcəyi müəllim kollektivinin fəaliyyətindən asılıdır. Burada yetişdirilən gənclər ölkənin gələcəyini təmin edəcək, müstəqilliyimizi, dövlətçiliyimizi davam etdirəcəklər. Hər bilikli gənc də ölkənin fəxridir. Harada olmalarından asılı olmayaraq, onlar azərbaycançılıq ideologiyası ilə yaşamalı, Vətənə xidmət haqqında düşünməli, eyni zamanda, özlərinin davranışları ilə nümunə olmalıdırlar. Bunların hamısının əsası isə məktəbdə qoyulur. Yaradılan şərait, eyni zamanda, kollektivin öz işinə məsuliyyətlə yanaşması gələcəkdə bu məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir. Bu gün istifadəyə verilən məktəb binası uzun illər istifadə olunmalı, qurulanlar qorunmalıdır.

“Təhsil ocağında tədrisin səviyyəsi yüksəldilməli, məktəbi bitirən hər bir gənc mütləq bir peşəyə yönləndirilməlidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bunun üçün hər cür şərait yaradılmışdır. Hər bir müəllim yetişdirdiyi gənclərlə ölkənin gələcəyinə xidmət etmiş olur. Ona görə də ölkəmizin gələcəyi naminə hər kəs gənclərin gələcəyə hazırlanması işinə töhfə verməlidir. Məktəb işi bu istiqamətdə xüsusən fərqlənməlidir. Dövlət, məktəb, cəmiyyət birgə fəaliyyət göstərərək ölkənin bu gününü və gələcəyini təmin etməlidir. Bu gün ölkəmizdəki dövlət-xalq birliyi inkişafın təminatçısıdır. Bu yolun da əsası Ümummilli Liderimizin Azərbaycana rəhbərliyi illərində qoyulub. Müasir Dırnıs kəndi bu yolun uğurla davam etdirilməsinə nümunədir.

Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

Dırnıs kənd avtomobil yolu yenidən qurulub

Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat infrastrukturu daim diqqətdə saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir.

Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 5,2 kilometr olan yola asfalt örtük salınıb, 1300 metr beton su kanalı çəkilib, 4 metal su keçidi qoyulub. Həmçinin Ali Məclisin Sədrinə Vənənd-Pəzməri yolunda aparılan yenidənqurma işləri haqqında da məlumat verilib.

Ali Məclisin Sədri Vənənd-Pəzməri avtomobil yolunda işlərin gələn ildən etibarən davam etdirilməsi barədə tapşırıq verib.

Dırnıs kəndində müasir idarəetmə sistemi yaradılıb

Dekabrın 3-də Dırnıs kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, üçmərtəbəli kənd mərkəzində Dırnıs və Anaqut kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, Mədəniyyət evi, arxiv, statistika otağı, 44 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 9482 kitab vardır. Rabitə evində 384 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 176 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 59 üzvü vardır ki, onlardan da 8-i gənc, 32-si isə qadındır. Ərazi ilk təşkilatının sədri Raziyyə Bağırova partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin Dırnıs kəndinə gəlişi sakinlərin sevincinə səbəb olub. Kənddə yeni məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Bizə hədiyyə edilən quruculuq ünvanlarını qoruyub saxlayacaq, göstərilən etimadı doğruldacağıq”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Cabir Hüseynov deyib: “Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Anaqut və Dırnıs kəndlərini əhatə edir. Kənd sakinlərinin məşğuliyyəti meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, arıçılıqdır. Ailə təsərrüfatları dövlət qayğısından istifadə edərək məhsul çeşidlərini artırır, istehsal etdikləri məhsulları rahat şəkildə yarmarka və bazarlarda satırlar. Bununla da onlar öz dolanışıqlarını yaxşılaşdırmaqla yanaşı, məhsul bolluğuna töhfə verirlər”.

Ali Məclisin Sədri iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Ordubad rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Bina istilik, elektrik və su sistemi ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Dırnıs kəndində əhaliyə nümunəvi tibbi xidmət göstəriləcək

Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzində yerləşən həkim ambulatoriyasında baş həkim, stomatoloq, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyası stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi avadanlıqlarla təmin edilib.

Ambulatoriyanın baş həkimi Əhəd Cəfərli yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Bu gün isə bizim üçün müasir iş şəraiti yaradılıb. Ambulatoriya 5 kəndə xidmət edir. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, bundan sonra da əhaliyə daha yaxşı xidmət göstərək”.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, bu sahədə broşürlərin hazırlanması barədə tapşırıqlar verib.

Xidmət mərkəzi gündəlik ehtiyacların ödənilməsini təmin edəcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri yerli məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Sonra kənd sakinləri ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Dırnıs kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, yeni sosial obyektlər sakinlərin istifadəsinə verilir, yollar abadlaşıb, infrastruktur yenilənib. Bunlar həm sakinlərə xidmət edəcək, həm də dövlət qurumlarının iş şəraitini yaxşılaşdıracaq. Müasir tələblər səviyyəsində məktəb qurulub ki, buradan da hər bir ailənin övladı istifadə edəcək.

Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları formalaşıb, inkişaf edib. Ərazi imkan verir ki, burada heyvandarlıq, arıçılıq, meyvəçilik və bitkiçilik inkişaf etdirilsin. Bütün bunlardan səmərəli istifadə edərək gözəl, səfalı kəndi daha da abadlaşdırmaq lazımdır. Dövlət əhalinin rahatlığı üçün hər cür şərait yaradıb. Bütün bu işlərin görülməsi üçün ölkədə sabitlik, inkişaf və iqtisadi imkanlar olmalıdır. Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi, o yola sədaqət bu gün kəndlərimizi, ölkəmizi abadlaşdırmaqla bərabər, ərazi bütövlüyümüzü təmin etdi. Bunların hamısı bugünkü reallıqlardır. Həmin reallıqlar Dırnıs kəndinin timsalında aydın görünür. Bu gün ölkəmizin inkişafı hər kəsdə təəccüb doğurur. Bu da bizim üçün qürurdur. Qısa müddətdə Azərbaycan inkişaf etmiş ölkələr sırasında özünəlayiq yer tutub. Ölkəmiz iqtisadi imkanlarına və təhsilin səviyyəsinə görə ön sıralarda dayanır. Bütün bunlar hamısı nailiyyətdir. Görülən işlər ölkəmizin bu günü ilə yanaşı, eyni zamanda, onun gələcəyini də təmin edəcəkdir. Bütün bunlara dövlət-xalq birliyi nəticəsində nail olunub.

Ali Məclisin Sədri bildirib ki, kənddə torpaqlar əkilməli, heyvandarlıq, maldarlıq, arıçılıq, əkinçilik inkişaf etdirilməli, ailə təsərrüfatları genişlənməlidir. Bütün bunlar əhalinin rahat yaşayışına və ölkəmizin inkişafına xidmət edəcəkdir. Vaxtilə burada məktəblilərin yay düşərgəsi var idi. Bu kəndlərin, ümumiyyətlə, hamısı artıq turistik bölgəyə çevrilir. Bu kəndin də inkişafında görülən işlərin çox böyük nəticəsi olacaq. Davamlı inkişaf üçün yaradılanlar gərək qorunsun. O vaxt məktəbdə 5 kompüter var idisə, bu gün 20 kompüter var. Kənddə internet var. Torpaqlardan səmərəli istifadə etməliyik ki, muxtar respublikamız inkişaf edərək ölkəmizin inkişafına öz töhfəsini verə bilsin. Hər zaman bu ərazi özünün ab-havası ilə, insanların qonaqpərvərliyi ilə diqqət çəkib. Görülən işlərdən sonra qonaqlar daha da çoxalacaq.

Ali Məclisin Sədri sakinlərə firavan həyat, uzun ömür arzulayıb.

Dırnıs kənd sakinləri adından minnətdarlıq edən Rza Allahyarov deyib: “Ali Məclis Sədrinin kəndimizə gəlişi bizə hər zaman sevinc bəxş edir. Mən 1954-1957-ci illərdə Dırnıs kənd məktəbində təhsil almışam. Əvvəllər Pəzməridə, Kələkidə ibtidai, Unusda və Əylisdə natamam orta məktəb var idi, Anaqutda isə məktəb yox idi. Orta məktəb yalnız bu kənddə idi. Ona görə də yuxarı kəndlərdən gəlib burada dərs keçirdik. O vaxt bu məktəbdə 5 sinif, bir müəllimlər otağı, bir kitabxana var idi. Bəzən dərsləri müəllimlər otağında, kitabxanada keçirdik. İndi isə belə möhtəşəm bina bizim istifadəmizə verilib. Bu, dövlət qayğısının əyani ifadəsidir. Bizim də vəzifəmiz bunları qoruyub saxlamaqdır. Kəndarası yollara asfalt salınıb, körpülər tikilib. Bu gün Azərbaycan ən inkişaf etmiş dövlətlər sırasındadır. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsindədir. Dövlətimizin, dövlətçiliyimizin sükanı etibarlı əllərdədir. “Kitabi-Dədə Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”. Biz də çalışacağıq ki, torpaqlarımızı əkək, bol məhsul götürək”. Rza Allahyarov bildirib ki, Vətən müharibəsi qələbəmizlə başa çatdı. Var olsun Ali Baş Komandanımız, var olsun ordumuz, var olsun Azərbaycan xalqı.

X X X

Dırnıs kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 830 metr yeni fiber-optik, 1150 metr yeraltı kabel, 1610 metr hava rabitə xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 71 elektrik dirəyi yenisi ilə əvəz edilib, 6500 metr məftil naqil kabel xətti ilə əvəzlənib, 3 güc transformatoru təmir edilib. Bundan başqa, 170 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 2085 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Eyni zamanda, kənddə içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 60 metr kaptaj tikilib, 1550 metr məsafədən su xətti çəkilib, paylayıcı içməli su xəttində təmir-bərpa işləri görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib