“ORELAY” QƏNNADI FABRİKİ XOŞ TƏSİR BAĞIŞLADI
Prezident İlham Əliyev sonra “Orelay” qənnadı fabrikinə gəldi. Fabrikin işçiləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Fabrikin direktoru, yerli iş adamı Namiq Ədilov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, müasir standartlara cavab verən müəssisədəki əsas avadanlıq Türkiyə və Rusiyadan gətirilmişdir. Hazırda fabrikdə 40 çeşiddə qənnadı məmulatı istehsal olunur, 100-dən çox işçi çalışır. Direktor sahibkarlara yaradılan şəraitdən razılığını vurğulayaraq, onlara göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev müəssisədə quraşdırılmış avadanlıqla, iş prosesi ilə tanış oldu və istehsal edilən məhsullardan daddı. Fabrikin işini və məhsulun keyfiyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı digər bölgələrdə də belə müəssisələrin açılmasının vacibliyini vurğuladı.