Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oruc tutmaqla bədən və ruhumuz təmizlənir, saflaşır

Oruc tutmaqla bədən və ruhumuz təmizlənir, saflaşır

Bakı, 22 may, AZƏRTAC 

Hələ qədim dövrlərdə dahi təbiblər Hippokrat, İbn Sina, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər. Müasir təbabət də sübut edir ki, insanların xəstələnməsinə əksər vaxt orqanizmin həddindən artıq kalori ilə yüklənməsi səbəb olur. Hazırda da aclıqla müalicə ən qədim, ən davamlı müalicə növü kimi tanınır. Həkim-diyetoloqlar müəyyən müddət ac qalmaq, fərqli növ pəhriz üsullarını təqdim edirlər. Bəzən isə Ramazan ayında tutulan orucu da müalicəvi aclıqla müqayisə edirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Kamran Babayevin sözlərinə görə, hazırda dünyada alternativ müalicə üsulu kimi aclıq mərkəzləri fəaliyyət göstərir: “Qidanın insan orqanizminə təsirini araşdıran görkəmli amerikan alimi Herbert Şelton bu qənaətə gəlib ki, insan aclığın köməyi ilə bütün xəstəliklərdən tam sağalmaqla “gəncliyini qaytara” bilər. İnsan ac qaldıqda nəinki həzm aparatı, hətta bütün orqanlar dincəlir, bədən həzm işindən azad olur və öz-özünü təmizləməyə yönəlir. Bu işə təbii ki, enerji sərfi tələb olunur. Məhz qida ilə aldığımız enerji azaldıqda orqanizm öz enerji ehtiyatlarından istifadəyə başlayır. Oructutma müddəti uzun olduğuna görə, hər gün imsaka-sahura qalxmaq mütləqdir. Bu zaman yaxşı qidalanmaq vacibdir, protein və liflə zəngin qidalar qəbul edilməlidir. Suda bişmiş yumurta, ətdən istifadə olunmalıdır. Tərkibində karbohidrat, zülal, yağ olduğundan xurma da faydalıdır. Qıcıqlandırıcı qidalar istifadə olunmamalıdır. İftarda isə hədislərdə tövsiyə olunan kimi mədəni 3 yerə - hava, qida və su hissələrinə ayırmaq, iftarı xurma və su ilə açmaq məsləhətdir. Məlumdur ki, reflektor vərdişləri dəyişmiş mədə qida qəbulu zamanı müəyyən müddət - təqribən 5-10 dəqiqə sakit vəziyyətdə qalır. Bunu fizioloqlar “reseptiv relaksasiya” dövrü adlandırırlar. Ona görə də qidalanmağa tədricən başlamaq lazımdır. Aclıq zamanı maddələr mübadiləsi zəiflədiyindən, mədənin həcmi azaldığından, onu birdən-birə çox yükləmək olmaz. Əks təqdirdə, bu, bir sıra narahatlıqlar - köp, sancı və qəbizlik yarada bilər. Bu səbəbdən iftarda duru yeməklər, vitaminlərlə zəngin meyvə, tərəvəzlərə və süd məhsullarına üstünlük verilə bilər”.

K.Babayev bildirib ki, oruc tutmağın faydaları haqda saysız yazılara, elmi tədqiqatlara rast gəlinir. Onun sözlərinə görə, orucun məqsədi sağlamlıqdır, çox yeyib-içmək deyil.

“Oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil tapa bilməzsiniz. Əksinə, elmi mənbələrdə orqanizmin illərlə yığılmış zərərli maddələrdən, zədələnmiş hüceyrələrdən təmizlənməsi, ürək-damar, bədxassəli, mədə-bağırsaq xəstəliklərinə qarşı müqavimətin artması, kök hüceyrələrin yaranması barədə kifayət qədər məlumata rast gəlinir. Bir sözlə, Ramazanda həzm sistemi istirahət edir, nəticədə immun sistemi isə güclənir.

Koronavirusla mübarizədə bədənin qoruyucu imkanlarının artırılması zəruridir. Dünyanın müxtəlif ölkələrində aparılmış tədqiqatlarda qara zirə, yəni çörəkotunun şəfalı təsiri aşkarlanıb və immuniteti gücləndirməsi bəyan olunur. Odur ki, bu vasitədən bol-bol istifadə olunması məqsədəuyğundur.

Qaraciyəri yeniləyən, bərpa edən ən effektiv müalicə üsullarından biri də oruc tutmaqdır. Qaraciyər enerji deposudur, 6-7 saat ac qaldıqdan sonra orqanizm ondakı ehtiyat enerjidən istifadə etməyə başlayır. Bu zaman yüngül ürəkbulanma, halsızlıq olması təbiidir. Çünki qaraciyər istirahətlə yanaşı, həm də daxilindəki enerjini yeniləyir. Aclıq zamanı xolesterin və triqliseridlərin, yəni damarların daxili divarını tutmuş yağların səviyyəsi normallaşır. Pankreatitdən əziyyət çəkənlər üçün də oruc faydalıdır, sahurdan 6-7 saatdan sonra fermentativ aktivlik azalması ilə ferment ifrazı olmadığından, özünü yandırmadığından, mədəaltı vəzin bərpasına imkan yaranır. Damarların divarlarında infarkt və ateroskleroza səbəb olan yığılmış xolesterol, toksin və ərp təbəqəsinin əridilməsi ağızdan bəzən dəridən də aseton qoxusunun olması ilə müşahidə edilir və sonradan tədricən aradan qalxır, nəticədə damarlar elastikləşir. Mədənin həcminin azalması da həddindən artıq yeməyin qarşısının alınması baxımından faydalıdır”, - deyə K.Babayev qeyd edib.

O, deyib ki, beynin qanla yaxşı təchiz olunması yaddaşa faydalıdır. Belə ki, ac qaldıqda beyinin koqnitiv - təfəkkür, yaddaş və s. funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bu üsuldan istifadə edirdi - öz əsərlərini yazmazdan əvvəl ac qalırdılar.

Mütəxəssis, həmçinin alimlərin oruc tutmağın faydaları haqqında araşdırmalarından bəhs edib: “Yaponiyalı bioloq Yoşinori Ohsumi oruc tutmağın insan səhhətinə faydalı olduğunu elmi tədqiqatlarla isbat edib. Alim apardığı bu araşdırmalara görə 2016-cı ildə Nobel mükafatına layiq görülüb. Yapon bioloqun araşdırmasının əsas mövzusu hüceyrələrin öz-özünü yeniləməsi idi. O, bütün işlərində bədəni, toksik hüceyrələri bölməyə və tullantılardan xilas olmağa təşviq etmək üçün aclığı və orucu istifadə edib. Alim yenilənmə prosesinin oruc zamanı daha mükəmməl və sürətlə həyata keçməsini sübut edib.

Ankara Onkoloji Tədris və Araşdırma Xəstəxanasının əməkdaşı Olcay Kandemir qeyd edib ki, oruc tutmaq tibbi terminologiyada “Intermittent Fasting” adlanır. Onun sözlərinə görə, gün ərzində yemək saatlarının arasını uzatmaq lazımdır. İki yeməyin arasında ən azı 6-8 saat zaman boşluğu olmalıdır. Tərkibindən, kalorisindən asılı olaraq qidanın həzmi 3-4 saatdan 8 saatadək dəyişə bilər. Sonra daxili enerjidən istifadə olunduqda bu çəkinin azalmasına və nəzarətdə saxlanmasına səbəb olur.

Bir sözlə, aclıq zamanı immun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi, çəkini azaltmağı və çox maye qəbul etməyi tövsiyə edirlər. Bu zaman orqanizm təmizlənir və cavanlaşır. Dərinin vəziyyəti yaxşılaşır. Xərçəngin riski azalır. Ürək və qan damarları daha sağlam olur. Arterial təzyiq tənzimlənir. Orqanizmdə iltihablar azalır. Bir sözlə, orqanizmdə yeni bir immun-mühafizə sistemi yaranır. Oruc tutmaqla bədən və ruhumuz təmizlənir, saflaşır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir