Ötən gün 13,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 29 mart, AZƏRTAC
Polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [15:07]