İQTİSADİYYAT
Ötən il Bakı metrosunda 58 qəfil reyd keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Bakı metropolitenində Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi bütün istiqamətlər üzrə tədbirləri müntəzəm yerinə yetirib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu xüsusda bütün müvafiq strukturlar və bölmələr xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunub. Bədbəxt hadisələrin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər geniş miqyasda keçirilib, zərərli əmək şəraitində çalışan işçilər ümumilikdə 45 min 969 litr südlə təmin ediliblər. 1167 planlı müntəzəm yoxlama ilə yanaşı, 58 qəfil reyd keçirilib və məqsəd sahələrdə əmək şəraiti, sanitar-gigiyenik və digər mövcud qaydalara riayət edilməsini diqqətdə saxlamaq olub.
Müəssisədə işçilərin 96,36 faizi hər iki doza üzrə COVID-19 əleyhinə peyvənd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]