Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9000-dən çox müraciət daxil olub
Bakı, 23 yanvar, AZƏRTAC
2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara, ümumilikdə, 9128 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 7670-i müvafiq qaydada icra edilib, 1229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.
Hesabat dövründə nazirliyin aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]