Ötən il Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya edilib
Tbilisi, 1 fevral, AZƏRTAC
2025-ci ildə Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya olunub.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytındakı materiallara görə, Gürcüstan hökuməti ötən il ölkədən 1311 xarici vətəndaşı deportasiya edib.
Nazirliyin məlumatına görə, deportasiya edilən əcnəbilərin ən çoxu Hindistan vətəndaşlarıdır. Keçən il Gürcüstandan 269 Hindistan vətəndaşı deportasiya edilib.
Deportasiya edilən əcnəbilərin sayına görə Türkiyə 176 nəfərlə ikinci, İran isə 157 nəfərlə üçüncü yerdədir.
2025-ci ildə Gürcüstandan 39 Azərbaycan, 26 Ermənistan və 73 Rusiya vətəndaşı da deportasiya olunub.
Əcnəbilər qanuni qalma müddətinin bitməsindən sonra ölkədə qalmaları, Gürcüstan qanunlarını pozmaları və sığınacaq verilməsinin rədd edilməsi kimi səbəblərə görə deportasiya ediliblər. Əksər əcnəbilər üçün Gürcüstanda qanuni qalma müddəti bir ildir.
Qeyd edək ki, Gürcüstandan xarici ölkə vətəndaşlarının deportasiyası 2026-cı ilin ilk ayında da davam edib. Belə ki, cari ilin yanvar ayında 216 nəfər xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya olunub.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]