Ovçu, insaf elə, keçmə bu düzdən... FOTO VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Şirvan Milli Parkı bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Parkın ərazisi bu günlərdə ağ örpəyə bürünüb. Qış fəslində parkdakı ceyranlar isə sanki boya ilə işlənmiş gözoxşayan kompozisiyanı tamamlayır.
AZƏRTAC azərbaycanlı peşəkar fotoqraf Lyokinin Salyanda, Şirvan Milli Parkından çəkdiyi bir-birindən gözəl fotoları təqdim edir.
Qeyd edək ki, parkda ceyranların populyasiyası üçün əlverişli şərait var. 2010-cu ildən icrasına başlanılmış “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir.
Milli parkın ərazisində ekosistem təkcə ceyranlar deyil, digər flora və fauna növləri də qorunmaqla kompleks şəkildə mühafizə olunur.