ÖZBƏKİSTAN NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini Nodirxon Xanovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülmüşdür.
######
![]() |
![]() |

