ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA
Hörmətli İslam Abduqəniyeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizə və dost Özbəkistan xalqına Azərbaycan xalqı adından və şəxsən mənim adımdan səmimi təbriklərimizi qəbul edin.
Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə daha da inkişafına, regionda sülh, sabitlik və tərəqqi işinə kömək edəcəkdir.
Hörmətli İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2007-ci il.