Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 1-dək uzadılıb
Daşkənd, 15 may, АZƏRTAC
Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 1-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, mayın 15-dən Daşkənddən ölkənin Nukus, Urgenc, Termez şəhərlərinə təyyarə reysləri, Səmərqənd, Buxara, Nəvai, Karşi şəhərlərinə və Fərqanə vadisinə dəmir yolu əlaqəsi açılacaq, muzeylər, parklar, stadionlar öz fəaliyyətini bərpa edəcək. Hələ ki, ictimai nəqliyyat, o cümlədən metro işləmir.
Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2652 nəfərə çatıb.
Bu günədək 2136 xəstə sağalıb, 505 nəfər müalicə olunur, 11 nəfər ölüb.
Bildirilir ki, hazırda karantində 40 mindən artıq adam var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]