PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, qarşılıqlı inam, etimad və etibara əsaslanan münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 mart 2007-ci il.