Pakistanın Baş naziri İmran Xan Hindistanı yenidən dialoqa çağırıb
İslamabad, 27 fevral, AZƏRTAC
Pakistanın Baş naziri İmran Xan Kəşmir regionu ilə bağlı mübahisəli ərazi məsələsində Hindistanı yenidən dialoqa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu məsələ ilə bağlı son günlər Pakistanla Hindistan arasında münasibətlər gərginləşib. İmran Xan xalqa videomüraciətində deyib ki, iki qonşu ölkə arasındakı mübahisəli ərazi ilə bağlı münaqişə nəzarətdən çıxa bilər, ona görə də Hindistanın Baş naziri Narendra Modini danışıqlara dəvət edirəm.
Xatırladaq ki, Pakistanla Hindistan arasında münasibətlər fevralın 14-də Hindistanın Cammu və Kəşmir ştatında kamikadze özünü hərbi polisin yaxınlığında partlatdıqdan sonra daha da gərginləşib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]