Pambıq tarlasında halı pisləşən 25 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Yevlax, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Xoruzlu kəndi ərazisində pambıq sahəsində becərmə işləri apararkən halı pisləşən 25 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ürəkbulanma, qusma, halsızlığın müşahidə olunduğu sakinlərə tibbi yardım göstərilib, onlardan laborator müayinə üçün qan nümunələri götürülüb. Zərərçəkənlərdən iki nəfər evə buraxılıb, qalanlarının vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.