Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır
Vatikan, 21 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın nüvə müharibəsinin astanasında olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.
“Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahına əl atmaq təhlükəsi də yox deyil. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa Fransisk vurğulayıb.
Pontifik adi silahların da mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməsinin vacibliyini bildirib.
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]