Papa XIV Leo: İtaliya Rusiya-Ukrayna münaqişəsinə vasitəçilik edə bilər
Roma, 3 dekabr, AZƏRTAC
İtaliya Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi rolu oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib. “Düşünürəm ki, Ukraynadakı münaqişədə İtaliyanın rolu mədəni və tarixi baxımdan çox vacibdir. Çünki İtaliya Rusiya ilə Ukrayna arasındakı münaqişə də daxil olmaqla, müxtəlif tərəflər arasında münaqişələrdə vasitəçilik etmək qabiliyyətinə malikdir”, - deyə katoliklərin ruhani lideri qeyd edib.
Pontifik bildirib ki, Müqəddəs Taxt-Tac İtaliya ilə birgə işləyərək bu vasitəçiliyi təşviq edə, Ukraynada ədalətli sülhə gətirib çıxaracaq həll yolunu birlikdə axtara bilər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]