Paris prokurorluğu Marin Le Penə qarşı təhqiqata başlayıb
Bakı, 9 iyul, AZƏRTAC
Paris prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı təhqiqata başlayıb. O, 2022-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.
AZƏRTAC xəbər verir ki, BFMTV kanalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Təhqiqata seçkilər zamanı namizədlərin xərclərinin geri qaytarılmasının qanuniliyini araşdıran komissiyanın müraciəti səbəb olub. Qurum 2022-ci il prezident seçkiləri zamanı bəzi namizədlərlə bağlı prokurorluğa bir neçə sorğu göndərib. Lakin təhqiqat yalnız Marin Le Pen barəsində başladılıb.
Telekanalın məlumatına görə, burada “təşviqat kampaniyasının maliyyələşdirilməsi mənbələri” ilə bağlı problemdən söhbət gedir.
Fransa qanunlarına görə, seçki kampaniyaları zamanı namizədlərin müəyyən edilən xərc limitini aşması qadağandır. Şərtlərin yerinə yetiriləcəyi təqdirdə dövlət xərclərin bir hissəsini geri ödəyir. Əks halda, müvafiq komissiya seçki hesablarına düzəlişlər edə, ödənilməli olan kompensasiya məbləğini azalda və lazım gələrsə, məsələ ilə bağlı prokurorluğa sorğu göndərə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]