Payız ağac əkini başlayandan bu günədək 400 minə yaxın ağac əkilib
Bakı, 17 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Nazir müavini Vüqar Kərimov AZƏRTAC-a bildirib ki, payız ağac əkini mövsümü başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 387,7 hektar ərazidə 394 min 583 ədəd müxtəlifcinsli ağac əkilib, 5,5 tondan çox toxum səpilib.
V.Kərimov “Yaşıl Marafon” kampaniyasında iştirak edən yerli idarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, dövlət və özəl qurumların nümayəndələrinə, könüllülərə dərin təşəkkürünü bildirib və bütün təbiətsevərləri hazırda davam edən ağacəkmə tədbirlərinə dəvət edib.