PAYIZ-QIŞ MÖVSÜMÜNDƏ ENERJİ TƏCHİZATINDA PROBLEMLƏR YARANMAYACAQDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qarşıdakı payız-qış mövsümündə Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problemlər yaranmayacaqdır.
Cədvəl əsasında elektrik stansiyalarında, yarımstansiyalarda, transformator məntəqələrində və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. 300 meqavatlıq Səngəçal və 517 meqavatlıq Sumqayıt elektrik stansiyalarının istismara verilməsi ilə bu ilin sonunadək generasiya gücü 817 meqavat artacaqdır.
Elektrik stansiyalarında aparılan təmir işləri nəticəsində enerji istehsalında itkilərin azalması və istehsalın artımı gözlənilir. Elektrik verilişi xətlərinin yenidən qurulması ilə bağlı layihələr də hazırlanmışdır.
Xatırladaq ki, Azərbaycanın elektrik enerjisi sisteminin tərkibinə 10 istilik və 6 su elektrik stansiyası daxildir. Enerjinin 90 faizə yaxını istilik, qalan 10 faizi isə su elektrik stansiyalarında istehsal olunur. 2007-ci ildə ölkənin məcmu generasiya gücü 2006-cı illə müqayisədə təxminən 10 faiz artaraq 5500 meqavatdan çox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]