Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var
Bakı, 15 fevral, AZƏRTAC
Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Belə ki, Tbilisi prospekti-“20 Yanvar dairəsi” və şəhər istiqamətində, Ziya Bünyadov prospekti -“20 Yanvar dairəsi” və şəhər istiqamətində, Alı Mustafayev küçəsi-“20 Yanvar dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində, Koroğlu Rəhimov küçəsi-Heydər Əliyev prospekti və Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Həmçinin Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində köməkçi yolda, Mikayıl Useynov prospekti-“Azneft dairəsi” istiqamətində, Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti-Heydər Əliyev prospektinə düşən hissədə sıxlıq var. Bundan başqa, Binəqədi şosesində (Binəqədi istiqaməti), Rəşid Behbudov küçəsində və Afiyəddin Cəlilov küçəsində nisbətən sıxlıq müşahidə olunur.