P.BÜLBÜLOĞLUNUN “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə Polad Bülbüloğlu “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2005-ci il.