PEKİNDƏ REKLAM YERLƏŞDİRMƏYİN YENİ QAYDALARI QOYULMUŞDUR
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin Şəhər İcra Hakimiyyəti reklam yerləşdirməyin yeni qaydalarını açıqlamışdır. Tyananmen meydanında, Çanyan prospektində və digər böyük magistrallarda, Qərbi dəmir yolu vağzalında və paytaxt hava limanında kommersiya reklamları yerləşdirmək qadağan olunmuşdur. Hər hansı belə reklam yerləşdirmək üçün bələdiyyə orqanlarından icazə almaq lazımdır.
Çin paytaxtının mərkəzi meydanı Tyananmen həm də dünyanın ən böyük meydanlarından sayılır. 1949-ci ildə Çin Kommunist Partiyasının lideri Mao Tszedun Çin Xalq Respublikasının yaradıldığını məhz bu meydanda elan etmişdi. Meydan Mao Tszedunun nəhəng portreti ilə bəzədilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]