İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində 18,6 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb
Bakı, 19 noyabr, AZƏRTAC
2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.