PERU RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEXANDRO TOLEDO MANRİKEYƏ
Hörmətli cənab Prezident,
Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq zəminində yaranan münasibətlər daim inkişafda olacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2005-ci il.