Plastik qabların tərkibindəki “Bisfenol A” maddəsi insan orqanizmində xərçəngin inkişafına yol açır
Bakı, 25 sentyabr, AZƏRTAC
Hazırda marketlərdə plastik kütlələrlə qablaşdırılmış qida məhsulları və içməli sulara rast gəlmək mümkündür. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan “Bisfenol-A” maddəsi təşkil edir.
AZƏRTAC xəbər verir ki, “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Dünyada ildə 2,7 milyard kiloqram istehsal edilən bu maddə bəzən antioksidant kimi də istifadə olunur.
“Bisfenol A” plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.
ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır.
Hazırda dünyanın bir neçə ölkəsində plastik qabların və polietilen torbaların istifadəsinə məhdudiyyətlər qoyulub. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da onlardan istifadənin azaldılması istiqamətində bir sıra tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]