Polis əməkdaşları vətəndaşların sosial izolyasiya qaydalarına əməl etmələri üçün profilaktiki tədbirlər görürlər
Bakı, 20 may, AZƏRTAC
Vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün polis tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə polis əməkdaşları tərəfindən paytaxtın Səbail rayonunda qoruyucu maskalardan istifadə etməyən sakinlərə maskalar paylanılıb, onlarla profilaktiki söhbətlər aparılıb.