Politoloq: Niderland Avropa İttifaqının Azərbaycanla münasibətlərini inkişaf etdirməsində maraqlıdır VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Niderlandda bəzi siyasi dairələr zaman-zaman müəyyən lobbi qruplarının təsiri altında Azərbaycana qarşı qeyri-obyektiv və dövlət maraqlarından uzaq addımlar atsalar da, bu ölkə məhz Avropa İttifaqının Azərbaycanla münasibətlərini, xüsusilə də enerji və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirmək üçün geniş imkanlara malikdir və prosesdə təşəbbüskar tərəf kimi çıxış edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Yeganə Hacıyeva bildirib.