Polşa Ədliyyə Nazirliyinin departamentinin internet saytında “Azərbaycandan nə öyrənə bilərik?” adlı məqalə yerləşdirilmişdir
Bakı, 6 may (AZƏRTAC). Polşa Respublikasının Ədliyyə Nazirliyinin Strategiya və Derequlyasiya departamentinin internet saytında nazirliyin əməkdaşı Yakub Mixalskinin müəllifi olduğu “Azərbaycandan nə öyrənə bilərik?” adlı məqalə yerləşdirilmişdir.
Məqalədə Azərbaycan Respublikasının məhkəmə sistemindən, vətəndaşların Ədliyyə Nazirliyinin internet saytı vasitəsilə istənilən məlumatı əldə etmək imkanlarından bəhs edilir. Müəllif yazır: “İki il əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndəsi Avropa Şurasında ölkənin məhkəmə sisteminin internet portalını (courts.gov.az) təqdim edərkən Qərbi Avropadan olan həmkarlarım bunu böyük maraqla qarşıladılar. Bəziləri təqdim olunmuş mükəmməl portalın onların ölkəsində mövcud olmadığını da etiraf etdilər. Təqdimat zamanı Azərbaycanda yeni istifadəyə verilmiş məhkəmə binalarının nümayişi zamanı onlarda həmin binalarda çalışacaq azərbaycanlı həmkarlarına qarşı bir növ “paxıllıq” hissləri oyandı”.
Müəllif Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, məhkəmə sisteminin inkişafına da diqqətin yetirildiyini vurğulayır.
Məqalədə Şəki şəhərində istifadəyə verilmiş Apellyasiya Məhkəməsinin binasının şəkli, eləcə də courts.gov.az portalından nümunələr də verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]