Polşada karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul edilib
Varşava, 17 aprel, AZƏRTAC
Polşa hökuməti koronavirusla bağlı elan etdiyi karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski məlumat verib.
Baş Nazirin sözlərinə görə, aprelin 20-dən etibarən ölkənin bütün parkları və meşələri ictimaiyyətə açıq olacaq, ərzaq mağazalarında bir dəfəyə olmasına icazə verilən insan sayı çoxaldılacaq, kilsələr yenidən ayinlərin icrası üçün açıq olacaq. Ölkə sərhədləri isə ən azı mayın 3-dək bağlı qalacaq.
Mateuş Moravetski vurğulayıb ki, alınan qərarlar əhalinin kütləvi istirahəti üçün yox, onların ruh yüksəkliyini qaldırmaq üçün vacibdir. Təbii ki, park və meşələrdə hər hansı kütləvi tədbirə icazə verilməyəcək, lakin insanlar gəlib asudə vaxtlarını və istirahətlərini normal keçirməlidirlər.
Polşa hökuməti mayın 3-dən etibarən isə ticarət və xidmət obyektlərindəki fəaliyyəti bərpa etməyi planlaşdırır. Ölkənin Səhiyyə naziri Lukaş Şumovskiy hələlik bütün ticarət və xidmət obyektlərində maska taxılmasının məcburi olduğunu bildirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]