Polşada növbədənkənar parlament seçkiləri elan oluna bilər
Bakı, 31 yanvar, AZƏRTAC
Polşanın daxili işlər naziri ölkədə növbədənkənar parlament seçkilərinin elan olunmasının mümkünlüyünü bildirib.
AZƏRTAC xəbər verir ki, Marçin Kervinski bu barədə fikrini Polsa telekanalının efirində səsləndirib.
Onun sözlərinə görə, erkən seçkilər Prezident Anjey Dudanın 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsini imzalamayaraq Konstitusiya Məhkəməsinin müzakirəsinə göndərəcəyi halda baş tuta bilər.
Bir müddət öncə Polşanın Baş naziri Donald Tusk prezidentin dövlət büdcəsi haqqında qanunu imzalamayacağı təqdirdə növbədənkənar parlament seçkilərinin elan edilməsinin mümkünlüyünü istisna etməmişdi.
Daxili işlər nazirinin fikrincə, Donald Tuskun bəyanatı “siyasi blef deyil” və Baş nazir riskli qərarlar qəbul edən şəxsdir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 15-də Polşada keçirilən parlament seçkilərində Baş nazir Donald Tuskun rəhbərlik etdiyi yeni hökuməti formalaşdıran birləşmiş müxalifət qüvvələri qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]