POLŞALILAR “GİROV” FİLMİ VASİTƏSİLƏ ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜNÜN FACİƏLİ NƏTİCƏLƏRİNİ ÖYRƏNİRLƏR
AZƏRTAC xəbər verir ki, fevralın 22-də Varşavanın mərkəzindəki “Luna” kinoteatrında tanınmış Azərbaycan kinorejissoru Eldar Quliyevin “Girov” filminin təqdimatı olmuşdur.
Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının həyatındakı faciəli nəticələrini əks etdirən film polyak tamaşaçılarının böyük marağına səbəb olmuşdur.
Azərbaycan səfiri Vilayət Quliyev təqdimat mərasimində 20 il bundan əvvəl Ermənistanın Azərbaycana haqsız ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu dəhşətli maddi və mənəvi zərbələr, ötən əsrin qəddar aktlarından olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir.
Kinoteatrın foyesində Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında hazırladığı sənəd və materiallardan ibarət böyük sərgi təşkil olunmuşdur.
Matrın 7-də “Girov” filmi və sərgi Polşanın mühüm mədəniyyət mərkəzlərindən olan Krakov şəhərində nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [19:01]
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
- 14.09.2026 [18:37]
Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]