Pompeydə uşaqların çəkdiyi divar rəsmləri tapılıb
Bakı, 9 iyun, AZƏRTAC
Arxeoloqlar İtaliyanın Neapol şəhəri yaxınlığındakı qədim Pompeyin xarabalıqlarında yeni divar rəsmləri aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, divar rəsmlərində qladiatorların döyüş səhnəsi və ov səhnələri əks olunub. Arxeoloqlar cizgilərin primitiv xarakterli olduğunu əsas gətirərək bunun 8-10 yaşlı uşaqlar tərəfindən edildiyi qənaətinə gəliblər.
Psixoloqlar isə qədim Pompeydə insanların bir-birinə və heyvanlara qarşı zorakılığının adi hal olduğunu bildirirlər. Onların fikrincə bu zorakılıq uşaq yaşlarından yaddaşlara həkk olunur.
Qeyd edək ki, Pompey şəhəri təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]