Portuqaliya hökuməti təyyarə uçuşlarına qadağanı iyunun 15-dək uzadır
Lissabon, 15 may, AZƏRTAC
Portuqaliya hökuməti Avropa İttifaqının hüdudlarından kənarda yerləşən ölkələrə və öz ölkəsinə uçuşlara qadağanı gələn bazar ertəsi günündən iyunun 15-dək uzadır.
AZƏRTAC xəbər verir ki, uçuşlara qadağa mayın 18-dən iyunun 15-dək qüvvədə olacaq. Şengen zonası (Lixtenşteyn, Norveç, İslandiya və İsveçrə) ilə əlaqəsi olan və portuqal dilində danışan ölkələr üçün istisnalar nəzərdə tutulub. Lakin Braziliyadan “yalnız San-Pauloya və geriyə, Rio-de-Janeyroya və geriyə” uçmaq mümkündür.
Qadağa, həmçinin kənd yerlərində yanğınla mübarizə aparmaq üçün xüsusi cihazı inteqrasiya edən dövlət hava gəmilərinə və silahlı qüvvələrə, həmçinin də yalnız yük və poçt daşımaları, o cümlədən də humanitar xarakterli uçuşlar üçün nəzərdə tutulmuş reyslərə şamil edilmir.
Qeyd edək ki, Avropa Komissiyası mayın 8-də Aİ-yə üzv dövlətlərə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə öz ərazilərinə "əhəmiyyətsiz" girişlərə martın ortalarında qoyulmuş qadağanı iyunun 15-dək uzatmağı təklif etmişdi.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]