Portuqaliyalı yarımmüdafiəçi Leandro Andrade “Qarabağ”da çıxış edə bilər
Bakı, 7 yanvar, AZƏRTAC
Bolqarıstanın “Çerno More” komandasının portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade “Qarabağ”da çıxış edə bilər.
AZƏRTAC xəbər verir ki, hazırda 23 yaşlı futbolçu ilə Ağdam klubu arasında danışıqlar gedir. Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, Andrade tezliklə “Qarabağ”la müqavilə imzalayacaq. Amma onun “Çerno More” ilə müqaviləsi olduğundan, hələlik tam razılıq əldə olunmayıb. Məşhur “Transfermarkt” portalı yarımmüdafiəçini artıq “Qarabağ”ın futbolçusu kimi təqdim edir. Sözügedən sayt hətta bu oyunçunun 450 min avro qarşılığında Azərbaycan təmsilçisinə keçdiyini göstərib.
Leandro Andrade karyerası ərzində ölkəsinin “Sportinq”, “Olyanense” və “Fatima” klublarında da çıxış edib. 2020-ci ilin iyulundan “Çerno More”də oynayan vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]