Azərbaycan Dövlət İnformasiya Agentliyi

Premyer Liqanın bombardiri: Xankəndidə geyindiyim formanı xatirə kimi saxlayacağam - MÜSAHİBƏ

Premyer Liqanın bombardiri: Xankəndidə geyindiyim formanı xatirə kimi saxlayacağam - MÜSAHİBƏ

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasının bombardiri, “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- “Qarabağ” Premyer Liqanın ilk hissəsini 41 xalla turnir cədvəlinin birinci pilləsində tamamladı. Komandanızın geridə qalan 18 turdakı çıxışını necə şərh edərdiniz?

- İlk dövrəni lider olaraq başa vurduğumuz üçün xoşbəxtəm. Əldə etdiyimiz bütün xallara dəyər veririk. Çünki bu nəticələrin necə əziyyətlə qazanıldığını bilirik. İndi bu üstünlüyü mövsümün sonunadək qorumalıyıq.

- Komandanın uğurlu çıxışında əsas pay sahiblərindən biri də siz oldunuz. Hazırda 13 qolla bombardirlik yarışına başçılıq edirsiniz və ən yaxın izləyiciniz sizdən 6 top geri qalır. Öz çıxışınız barədə nə deyə bilərsiniz? Bu cür start gözləyirdiniz?

- Hər bir futbolçu fərqli ölkəyə və liqaya gedəndə adaptasiya üçün vaxt lazım olur. “Qarabağ”da bu cür startım sevindiricidir. Amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Komandada olan hər kəs əziyyət çəkir. Qol vururamsa, bu, təkcə mənim yox, komanda yoldaşlarımın da əziyyəti sayəsində olur. Mənim işim qol vurmaqdır, bunu yerinə yetirməyə çalışıram. Önəmli olan komandamın qələbəsidir. Qol vurmasam da olar.

- “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk dəfə pley-offa adlamaqla tarixi uğura imza atdı. Növbəti rəqib “Braqa” olacaq. Portuqaliyada oynamış futbolçu kimi püşkü necə dəyərləndirirsiniz?

- Həqiqətən də tarixi nəticə əldə etdik. Mənim üçün də yenilik oldu. Çox xoşbəxtəm. Nailiyyətin önəmini daha əvvəl dərk etməsək də, indi hər şeyi anlayırıq. Qazandığımız uğurdan zövq almalıyıq. “Braqa”ya gəlincə, yaxşı heyəti var. Əksər komandalarla mübarizə aparmaq olar. Biz də yaxşı kollektivik. Düşünürəm ki, gərgin və maraqlı oyunlar olacaq. Növbəti mərhələyə keçmək şansımızın olduğunu düşünürəm.

- Sizcə, “Qarabağ” “Braqa”ya qarşı necə oynamalıdır və növbəti mərhələ şansı neçə faizdir?

- Hər oyun yeni tarix və fərqli mübarizədir. Buna görə də əvvəldən şansların neçə faiz olması barədə bir şey deyə bilmərəm. Futbol mübarizə oyunudur. İnanıram ki, bu dueldən qalib ayrıla bilərik.

- Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyununu (1:0) Azərbaycanın tarixi ərazisi olan Xankəndi şəhərində keçirdiniz. Həmin matçla bağlı təəssüratlarınızı bilmək istərdik...

- Bu oyunla bağlı çox xoş təəssüratlarım var. Həmin torpaqların geri qaytarılmasının, orada futbol matçının keçirilməsinin Azərbaycan üçün tarixi an olduğunu mənə danışdıqları zaman sevindim. Hətta o matçda geyindiyim formamı heç kimə vermədim, xatirə olaraq saxlayacağam. Bilirəm ki, bu oyun Azərbaycan xalqı və “Qarabağ” üçün tarixi əhəmiyyət daşıyır. Kubokdakı oyuna gəlincə, rəqib aşağı liqa təmsilçisi olsa da, yaxşı mübarizə apardı. Çoxlu qol şanslarımız oldu, lakin bəxtimiz gətirmədi. Buna baxmayaraq, sonda qalib gələ bildik.

- Maraqlıdır, başqa klublardan təkliflər varmı? Ümumiyyətlə, hansısa təklif alsanız, cavabınız necə olar?

- Bu məsələ ilə bağlı həyat yoldaşımla da söhbətimiz olur. Həqiqətən də “Qarabağ”da olan hər kəs mənə və ailəmə çox yaxşı münasibət göstərir. Azərbaycanı, Bakını sevirik. Biz hələ buraya yeni gəlmişik. Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağımız həm “Qarabağ”, həm də mənim üçün yeni tarix oldu. İndiki məqamda heç bir yerə getmək fikrim yoxdur. Düzdür, bu,futboldur və elə bir təklif gələr ki, nə “Qarabağ”, nə də mən buna “yox” deyə bilərik. Bu, tək məndən yox, klubdan da asılı olan məsələdir. Hazırkı vəziyyətdə onu deyə bilərəm ki, burada xoşbəxtəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq