Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
Bakı, 2 iyul, AZƏRTAC
Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatının bir çox məsələsinin həll olunmasına şadıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 2 noyabr
- 02.11.2026 [10:22]
Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV
- 01.11.2026 [19:40]
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
- 01.11.2026 [23:56]
“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub
- 01.11.2026 [23:11]