Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 2 VİDEO

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli xanım Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, xanım Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır.

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.

İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Hörmətli xanım Baş nazir və nümayəndə heyətinin üzvləri, sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

x x x

Sonra İtaliya Nazirlər Şurasının sədri bəyanatla çıxış etdi.

Nazirlər Şurasının sədri Ciorcia Meloninin
bəyanatı

-Çox sağ olun, cənab Prezident.

Hamınıza “Axşamınız xeyir olsun” deyirəm.

Bu gün burada – Bakıda olmaqdan çox məmnunam. Təbii ki, bir daha cənab Prezident Əliyevə və bütün hökumətə bizə göstərilmiş çox səmimi qəbula, həmçinin bu gün ərzində apardığımız çox məhsuldar dialoqa görə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.

Birmənalı olaraq, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək.

Mən Prezidentlə razıyam ki, bütün bunlar istər son illərdə gözəçarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın genişmiqyaslı sərmayələrinin ayrılmasında görünür. Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var.

Həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun.

Bununla belə, dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir.

Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aydın şəkildə, mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir.

Biz Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdik. Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.

Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin. Həmçinin Ukraynada ədalətli və dayanıqlı sülhə yönəlmiş diplomatik səylər də öz nəticəsini verməlidir. Çünki ölkələrimiz çox dəstək göstərib, Ukrayna xalqının yanında olub.

Bir sözlə, iş əsnasında bizi birləşdirən çoxsaylı mövzular var. Söylədiyim kimi, bu işləri birgə icra edə bilərik. Yekun olaraq bir daha bildirirəm ki, biz aydın məsələlərin az sayda olduğu dövrdə yaşayırıq və tam təbiidir ki, bu kimi hallar az olanda biz bir-birimizə daha çox bağlanmalıyıq. Məhz bu səbəbdən İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.

Cənab Prezident, səmimi qəbula və bizimlə apardığınız çox maraqlı söhbətə görə bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB 2 VİDEO

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir

ISESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksəkixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK VİDEO

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub