Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT RAYON ELEKTRİK STANSİYASINDA OLMUŞDUR

İyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdəki Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasına - Azərbaycan DRES-ə gəldi. Burada respublikamızın rəhbərini energetiklər hərarətli alqışlarla, mehribanlıqla qarşıladılar. Dövlətimizin başçısına və onun xanımına gül dəstəsi təqdim edildi.

Prezident İlham Əliyev burada “Heydər Əliyev muzeyi” ilə yaxından tanış oldu. Şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı dedi ki, 1992-ci ilə qədər fəaliyyət göstərmiş bu muzey AXC-Müsavat hakimiyyəti dövründə şəhərin və stansiyanın o vaxtkı başabəla rəhbərlərinin təhriki ilə dağıdılmış, yüzlərlə nadir fotoşəkil və sənəd itirilmişdi. 1999-cu ildə biz bu muzeyi təzədən, daha mükəmməl şəkildə bərpa etdik. İndi bura ulu öndərimizin şərəfli ömür yolunu, zəngin elmi, siyasi, nəzəri irsini özündə yaşadan əsl canlı tarix məktəbidir. Hər gün şəhərin ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri buraya gəlir, bu nadir energetika kompleksinin qurucusu və yaradıcısı Heydər Əliyev zəkasının əbədiyaşar nurundan işıq alırlar.

Muzeyin direktoru Sevda Abdullayeva dövlətimizin başçısına məlumat verdi ki, burada müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrləri, ailə həyatını, xarici ölkələrə səfərlərini, Mingəçevir şəhərinə gəlişlərini əks etdirən 8 bölmədə 3 minə yaxın fotoşəkil, ulu öndərimizin zəngin həyat və fəaliyyətindən bəhs edən dəyərli kitablar toplanmışdır. Burada ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən videofilmlər də göstərilir.

Prezident İlham Əliyev tələbə və şagirdlərin muzeylə tanış olmasını yüksək qiymətləndirərək, bu işin davam etdirilməsinin Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Azərbaycan Prezidenti daha sonra stansiyanın maketi ilə tanış oldu.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan DRES-in hər bloku bir zavoddur” müdrik kəlamını xatırladan “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, stansiyanın direktoru Şıxməmməd Aslanov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov xüsusi vurğuladılar ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ilin oktyabrında tikilib istifadəyə verilmiş DRES 186 hektar ərazini tutur. Hazırda 8 blok tam gücü ilə işləyir. 9-cu blokun inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilmişdir. İndi həmin blokun inşası və bütövlükdə stansiyanın modernləşdirilməsi işlərinə başlamaq məqsədi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də İslam İnkişaf Bankı ilə danışıqlar aparılır. Rusiya və Ukrayna mütəxəssislərinin birgə iştirakı ilə xüsusi layihə işlənib hazırlanmışdır. Hazırda Qafqazın enerji nəhəngi adlandırılan bu müəssisədə çalışan 2500 nəfərin 500-ü şəhid ailələrinin üzvü, Qarabağ müharibəsi əlili və məcburi köçkünlərdir.

Azərbaycan Prezidenti İlham Əliyev DRES-in işinə toxunaraq dedi ki, o vaxt biz Rusiyadan təbii qazın alınmasına nail olmaqla böyük iş gördük. Bu, həm bizim rayonlara qazın verilməsinə imkan yaratdı, digər tərəfdən də elektrik stansiyası bu qazdan istifadə edir. Burada həm böyük iqtisadi mənfəət var, həm də qaz ekoloji cəhətdən təmiz yanacaqdır. İndi demək olar ki, 32 rayon mərkəzinə qaz verilir. Hazırda stansiyaya 6 milyon kubmetr qaz verilir, amma qış aylarında bu, 10 milyon kubmetrə çatır. Təxminən 5-6 min ton da mazut verilir. Ümumilikdə, 2000-ci ilin noyabrından bəri Rusiyadan 14 milyard kubmetr qaz alınıbdır. Onun 7,9 milyard kubmetri elektrik stansiyasına verilmişdir. Qalanı isə əhaliyə paylanır. Bizdə xaricdən qazın 1000 kubmetrini 52 dollara alırıq. Amma daxildə əhaliyə 8 dollara satılır və onun 70 faizi yığılır. İndi yaxşıdır, qabaq 30-35 faiz idi.

Ümumiyyətlə, ölkəmizin həyatında əvəzsiz iqtisadi rolu olan bu müəssisə Azərbaycan iqtisadiyyatının döyünən ürəyidir və onun yenidən qurulması layihəsinin həyata keçirilməsi dövlət əhəmiyyətli məsələdir və bunu mütləq etmək lazımdır.

Dövlətimizin başçısı layihələrin hazırlanması və həyata keçirilməsi üçün hökumət tərəfindən kömək göstəriləcəyini bildirərək dedi ki, biz bir bloku yenidən qura bilsək, onun gücünü 210 meqavatdan 330 meqavata qaldırmaq mümkündür. Bu, yaxşı olardı.

Hesab edin ki, kiçik bir stansiya tikirsən. Yenidənqurmanın hesabına bloklarda gücü 450 meqavat qaldırmaq mümkündür. Əgər biz bunu edə bilsək və sonra Sumqayıtda stansiya və “Şimal” DRES-in ikinci növbəsi tikilərsə, bu, əlavə 1200-1300 meqavat güc olacaqdır. Bu da bizə tam kifayət edəcəkdir. Hətta ixrac haqqında da fikirləşmək olar. Fikirləşin, təkliflərinizi verin. İndi İranla bir xəttin çəkilməsi haqqında razılıq əldə olunur və bu, öz həllini tapır.

Bilirsiniz, energetika iqtisadiyyatımızın əsas mühərrikidir. Xüsusilə nəzərə alsaq ki, iqtisadiyyatımız inkişaf edir, yeni müəssisələr qurulur, köhnə, sovet vaxtında tikilmiş müəssisələrin bəziləri işə düşür, deməli, enerjiyə tələbat artacaqdır. Ona görə bu sahəyə çox böyük diqqət göstəririk. Siz də təklifləri verin. Baxaq, həll edək.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Azərbaycan DRES bu gün iqtisadiyyatımıza xidmət edir. Bütün digər sahələrdə olduğu kimi, energetika sektorunda da görülən böyük işlər, əldə edilən uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir. Doğma Azərbaycanımızın xoşbəxt gələcəyi bu şəxsiyyətlə bağlıdır. Azərbaycan DRES-də çalışan bütün əməkdaşlara yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

8 iyun 2004-cü il”.

Sonra respublikamızın rəhbəri DRES-in dispetçer məntəqəsi və digər obyektləri ilə tanış oldu, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Sonra Prezident İlham Əliyev stansiyanın həyətinə toplaşan energetiklərlə görüşüb səmimi söhbət etdi, DRES-in vaxtilə ümummilli liderimiz Heydər Əliyev təşəbbüsü ilə istifadəyə verildiyini xatırladaraq dedi ki, təsəvvür edin, əgər bu stansiya olmasaydı, nə olacaqdı. Azərbaycan zülmətdə qalacaqdı. Görün, o, nə qədər böyük və uzaqgörən işlər görmüşdür.

Energetiklər DRES-in istifadəyə verilməsini yaxşı xatırladıqlarını və həmin anları heç vaxt unutmayacaqlarını söylədilər, bunu ulu öndərin Azərbaycan xalqı qarşısında gördüyü tarixi xidmətlərdən biri kimi qiymətləndirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Braziliya mllisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb