Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir

Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxeminə, eskizinə və maketinə baxdı.

Binanın texniki göstəriciləri barədə dövlətimizin başçısı İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcəkdir. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Paytaxtda modern üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək binada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, yeraltı və yerüstü avtomobil dayanacaqları olacaqdır. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaqdır. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilmişdir. Külək tunel testinə uyğun olaraq, binanın yellənmə amplitudasını məhdudlaşdırmaq üçün damper sistemi ilə təchiz olunması qərara alınmışdır.

Bildirildi ki, tikinti işləri beynəlxalq standartlara uyğun aparılacaqdır. Azərbaycanda ilk dəfə olaraq bu binada fasadın təmizlənməsi və servisi avtomatik sistem vasitəsilə həyata keçiriləcəkdir. Bina, həmçinin “bir şaxtada iki lift” prinsipinə əsaslanan əkiz kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaqdır.

Dövlət Neft Şirkətinin yeni inzibati binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmışdır. Elan olunan müsabiqədə bir sıra nüfuzlu şirkətlərin təkliflərinə baxılmışdır. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın memarlığına, habelə Azərbaycan Dövlət Neft Şirkətinin irəli sürdüyü texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdır. 2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmişdir. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev gilizi açıb içindəki kağızı çıxardı, orada yazılanları oxuduqdan sonra dedi: - Burada düz yazılmayıb. Yazılıb ki, təməli 11 oktyabr 2010-cu ildə qoyulub. Amma bu gün 12 oktyabrdır. Ona görə dəyişiklik edək. Düzdür, əminəm ki, heç kim bunu görməyəcəkdir. Çünki bu bina ən azı 100 il dayanacaqdır.

Dövlətimizin başçısı mətnə düzəliş etdi, kağızı gilizə qoyub onu bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunun düyməsini basdı.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Sizi ürəkdən təbrik edirəm, Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməl daşını qoyduq. Bu təməl daşı çox müasir səviyyədə qoyuldu. Hər dəfə yeni bir texnoloji imkandan istifadə edirik. Bu dəfə də kapsulu xüsusi üsulla yerinə göndərdik. Ümid edirəm ki, yaxın zamanlarda çox gözəl, möhtəşəm bina tikiləcəkdir. Bu, həm Dövlət Neft Şirkətinin bütün ehtiyaclarını təmin edəcək, həm də ki, şəhərimizə əlavə yaraşıq verəcəkdir. İlk dəfədir ki, Bakı şəhərində bu hündürlükdə bina tikilir. Hündürlüyü 200 metr, 40 mərtəbəli gözəl, möhtəşəm bir memarlıq əsəri olacaqdır. Yəni, müasir şəhər üçün yaraşıq verən bir binadır və çox nadir memarlığa malikdir.

Neft Şirkətinin artan imkanları, yeni səviyyəsi və fəaliyyət istiqamətləri, əlbəttə ki, bu binanın gözəlliyində də özünü büruzə verir. Çünki Azərbaycanda bütün binalar həm keyfiyyətli olmalıdır, həm də yüksək zövqlə yaradılmalıdır. Bakının bu gözəl yerində, şəhərə girişdə, Heydər Əliyev prospektində Neft Şirkətinin yeni inzibati binasının tikilməsində də böyük məna vardır. Çünki Azərbaycanın müasir neft strategiyasının təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu prospekt də onun adını daşıyır. O gündən bu günə qədər 16 il keçir. On altı il ərzində Azərbaycan bu istiqamətdə bütün məqsədlərə çatıbdır. Bütün vəzifələr yerinə yetirilib. Azərbaycan bu gün, ilk növbədə, neft amilinə görə güclü dövlətə çevrilib. Neft bizim milli sərvətimizdir. Neftdən əldə olunan gəlirlər Azərbaycanda ədalətli şəkildə bölünür və bütün sahələrdə, neft sahəsində görülmüş işlər də özünü göstərir.

Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. İlk növbədə ona görə ki, vaxtilə Azərbaycana böyük investisiyalar gətirilmişdir, investisiyalardan səmərəli şəkildə istifadə olunmuşdur. Əldə edilmiş gəlirlər də Azərbaycanın iqtisadi inkişafının təmin olunmasına səmərəli şəkildə xidmət göstərmişdir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik. Əlbəttə ki, burada Azərbaycanın təbii ehtiyatları həlledici rol oynamışdır. Ancaq bu gün artıq digər amillər də rol oynayır. Biz xaricə investisiyalar qoyuruq. Qonşu ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır, həm də xaricdən investisiyalar cəlb edirik. Bu yaxınlarda bp şirkəti ilə “Asiman” və “Şəfəq” yataqları üzrə yeni kontrakt imzalanmışdır. Bu, bir daha onu göstərir ki, 16 il keçməsinə baxmayaraq, Azərbaycanda işləmək istəyən şirkətlərin sayı indi də kifayət qədər çoxdur. Azərbaycan bu gün də xarici sərmayədarlar üçün cəlbedici ölkədir.

Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti öz investisiyalarını xarici ölkələrin sənayesinə qoyur. “PETKİM” kimi nəhəng müəssisə artıq Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi terminalına qoyulan sərmayələr, əlbəttə ki, öz səmərəsini verir. Başqa ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Neft Şirkəti icra edir. Yəni, bütün bunlar imkanlarımızı genişləndirir. Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir.

O ki qaldı, Azərbaycanda görülən işlərə, burada hər şey yüksək səviyyədədir. Bu yaxınlarda “Azəriqaz” və “Azərikimya” şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyinə verilməsi nəticəsində işlərin daha da səmərəli aparılması üçün lazımi addımlar atılmışdır. Bu gün Azərbaycanda qazlaşdırma prosesi uğurla gedir. Qarşıya məqsəd qoyulmuşdur ki, qazlaşdırma ölkəmizin 90 faizini əhatə etsin. Bizdən qat-qat çox qaz hasil edən ölkələrdə bu faizin aşağı olduğunu nəzərə alsaq, çox böyük göstəricidir. Biz qazlaşdırmanı 90 faizə çatdırsaq, demək olar ki, bütün bölgələr və bütün əsas yaşayış məntəqələri qazla təmin olunacaqdır. İndi həm yeni xətlər çəkilir, həm də köhnə xətlər yeniləri ilə əvəzlənir və itkilər azalır. Bu da çox müsbət göstəricidir. Potensialımız daha da sürətlə artır.

Bu gün kimya sənayesində yeni təşəbbüslərin irəli sürülməsi nəticəsində qarşımızda yeni imkanlar açılır. Biz çox istəyirik ki, yaxın zamanlarda Azərbaycanda yeni, müasir neft-kimya kompleksi tikilsin. Bu, çox böyük vəsait tələb edən layihədir. Dövlət Neft Şirkətində bu layihə üzərində işləyirlər və yaxın zamanlarda yəqin ki, təqdimat olacaqdır. Beləliklə, biz Azərbaycanın enerji potensialından daha da səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda, yeni iş yerlərinin açılmasına da nail olacağıq.

Bu gün qaz anbarlarımızda 2 milyard 500 milyon kubmetr qaz yığılıbdır. Bu da tarixi nailiyyətdir. Bu günə qədər heç vaxt belə olmamışdır. Ən yaxşı illərdə 700-800 milyon kubmetr qaz yığılırdı. Fikirləşirdik ki, qış bir az gec başlasın ki, bu qaz bizə çatsın. Məsələyə o nöqteyi-nəzərdən yanaşırdıq. Yadımdadır, mən hələ Neft Şirkətində işləyəndə fikirləşirdik ki, qış sərt keçməsin, mülayim keçsin ki, bu qazdan daha da az sərf edək. Ancaq bu gün 2 milyard yarım kubmetr qazımız vardır.

Eyni zamanda, ixrac imkanlarımız, onun coğrafiyası genişlənir. Azərbaycan öz qazını qonşu ölkələrə ixrac edir. Qəti əminəm və bu, dəqiqdir ki, gələn ildən ixracın həcmi artacaqdır. Həm mövcud olan yollarla, həm də ki, biz gələn ildən yeni bazarlara çıxacağıq. Nəzərə alsaq ki, Avropada və başqa bölgələrdə təbii qazımıza böyük ehtiyac var, biz bütün bu imkanlardan istifadə etməliyik, Azərbaycanın milli maraqlarını maksimum dərəcədə təmin etməliyik. Beləliklə, biz iqtisadi imkanlarımızı artıracağıq. Çünki Azərbaycan bu günə qədər neft ölkəsi kimi tanınmışdır. Bundan sonra bəlkə daha çox qaz ölkəsi kimi də özünü göstərəcəkdir və artıq göstərir.

İmzalanmış kontraktlar və anlaşma memorandumları imkanlarımızı göstərir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır, - həm şirkətlərin, həm də ölkələrin - biz də buna çox müsbət yanaşırıq. Çünki bu, maraqlarımıza uyğundur. Enerji siyasətimiz çox açıqdır, aydındır, birmənalıdır və səmimidir. Bunun bir məqsədi var ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunsun və Azərbaycan həm siyasi, həm iqtisadi amildən istifadə edərək daha da güclü ölkəyə çevrilsin.

Bir məsələni də vurğulamaq istəyirəm ki, biz enerji münasibətlərimizdə əməkdaşlığı maksimum dərəcədə dərinləşdirməyə çalışırıq. Biz enerji resurslarımızdan dostluq münasibətlərimizin möhkəmləndirilməsində istifadə etmək istəyirik. Bizim əsas məqsədimiz budur. Biz enerji amilindən heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Təbii resurslarımıza ehtiyacı olan ölkələr bunu yaxşı bilirlər və mənim sözlərimi təsdiqləyə bilərlər.

Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir. İmkanlarımız artır, neft hasilatı sabitdir, qaz hasilatı ildən-ilə artır. “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi, “Ümid”, “Abşeron” yataqlarından, kəşfiyyat işləri aparılan digər qaz yataqlarından gözlənilən ümidverici nəticələr, əlbəttə ki, qaz potensialımızı bəlkə də birə on artıracaqdır. Bugünkü hasilat və ixrac səviyyəsi sadəcə olaraq birinci mərhələdədir. Əsas işlər qabaqdadır. Biz o işlərin nəticələrini bir neçə ildən sonra görəcəyik. Ancaq biz buna indidən hazır olmalıyıq, bütün addımlarımızı elə atmalıyıq ki, qarşıya qoyulan məqsədə çataq. Bu günə qədər neft-qaz sektorunda qarşıya qoyulan bütün məqsədlər təmin olunmuşdur. Bir dəfə də səhv addım olmamışdır, bir dənə də uğursuzluq olmamışdır. Biz ancaq uğurları görürük. Biz buna nail ola bilmişik.

Keçən ilin axırında Heydər Əliyev prospektində Azərbaycan Dövlət Neft Fondunun inzibati binasının təməl daşını qoymuşduq. Düzdür, Neft Fondu Dövlət Neft Şirkətinin hesabına böyüyüb və o da artıq dünya maliyyə bazarında, qiymətli kağızlar bazarında öz rolunu oynamaqdadır. Dövlət Neft Fondu çox şəffaf və mütərəqqi təşkilatdır. Neft Fondunda yığılan vəsait Dövlət Neft Şirkətinin fəaliyyəti hesabına, Heydər Əliyev neft strategiyasının icrası nəticəsində yaradılıbdır. İndi bizim Neft Fondunda 20 milyard dollardan artıq vəsait vardır. Bizim ümumi valyuta ehtiyatlarımız 26 milyarddan çoxdur. Vaxt var idi heç 500 milyon da yox idi. Biz 1990-cı illərin ortalarında fikirləşirdik ki, bu valyuta ehtiyatlarını necə yaradaq. Onun yeganə mənbəyi Dövlət Neft Şirkətinin fəaliyyətidir. O illərdə imzalanmış kontraktlar bu gün Azərbaycana xidmət göstərir. Həyat göstərib ki, o kontraktlar milli maraqlarımıza tam şəkildə cavab verir. İndi mən müqayisə aparmaq istəmirəm, amma başqa ölkələrdə də hasilatın pay bölgüsü kontraktları imzalanmışdır. Biz bütün o şərtləri bilirik və görürük ki, ölkəmiz üçün, yəni dövlət üçün ən məqbul şərtlər məhz Azərbaycanda təmin olunmuşdur.

Biz bu gün yeni proqramlar üzərində işləyirik. Biz əldə edilmiş uğurlarla kifayətlənmirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi tarixi nailiyyət idi. Ancaq onun üstündən artıq 3-4 il keçib. Biz yeni kəmərlər haqqında fikirləşirik, onun üzərində işləyirik. Əminəm ki, nəzərdə tutulmuş bütün vəzifələr icra olunacaqdır.

Mən Dövlət Neft Şirkətinin gələcəyini çox parlaq görürəm. Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, Dövlət Neft Şirkəti beynəlxalq səviyyəli güclü şirkətə çevrilməlidir. Bu gün biz bunu görürük və təsadüfi deyil ki, məhz bu il bu gözəl binanın təməli qoyulur. Çünki artıq SOCAR-ın həm imkanları, həm nüfuzu vardır, həm də ki, bu gözəl, möhtəşəm bina inkişafın, Azərbaycanda görülən işlərin rəmzidir. Çox ədalətlidir ki, birinci belə gözəl bina, bu göydələn Dövlət Neft Şirkətinin inzibati binasıdır. Bakıda indi özəl investisiyalar hesabına çoxmərtəbəli hündür binalar, mehmanxanalar, iş mərkəzləri tikilir. Bu prosesə təkan verən məhz neft amili olmuşdur. Əgər o vaxt o addımlar atılmasaydı, bu gün biz görülən işlərin böyük əksəriyyətini görə bilməzdik.

Əlbəttə, mən istəyirəm ki, bu bina tezliklə tikilsin. Bu layihə üzərində uzun illərdir ki, iş aparılmışdır. Mən burada bu binanın layihələndirilməsində iştirak etmiş xarici mütəxəssisləri də görürəm. İndi burada ən yüksək texnoloji standartlar tətbiq olunmalıdır. Bu yeni bina yüksək keyfiyyətlə, eyni zamanda, qısa müddət ərzində tikilməlidir və gözəl şəhərimizə əlavə yaraşıq verəcəkdir. Bu, müasir Azərbaycanın rəmzinə çevrilməlidir. Bu, memarlıq sənətində xüsusi yerə malik olan bir bina olacaqdır.

Nəzərə alsaq ki, Heydər Əliyev prospektində gözəl və möhtəşəm Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası tikilir, digər inzibati binaların layihələndirmə prosesi gedir, şəhərə giriş çox möhtəşəm, çox müasir olacaqdır. Artıq şəhərə daxil olandan sonra hər bir insan gözəl, qədim memarlıq nümunəsini görür. Bax, budur yeniliklə qədim üsulun sintezi. Neft Şirkətinin indiki binası da çox gözəldir. Gözəl memarlığa malik olan tarixi binadır, şəhərin mərkəzində yerləşir və şəhərin arxitekturasının incisidir. Bu bina isə yeni Azərbaycanın məhsuludur.

Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, yaxın zamanlarda biz yenə burada, amma daha açıq havada yox, tikiləcək binanın içində görüşəcəyik. Yeni inzibati binanın istismara verilməsini də bərabər qeyd edəcəyik. Bir daha sizi təbrik edirəm.

X X X

Prezident İlham Əliyev sonda Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlinin qoyulması münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlətimizin başçısı mərasimdə iştirak edən şirkətlərin nümayəndələri ilə də görüşdü, onlara işlərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb