PREZİDENT İLHAM ƏLİYEV HACIQABULDA VƏ ƏLƏT QƏSƏBƏSİNDƏ DƏ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra avqustun 23-də Hacıqabul rayonuna gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoymuş, rayon uşaq tibb mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev Hacıqabul mərkəzi rayon xəstəxanası və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində tikilmiş İxtiyar Məmmədov adına Qızılburun kənd orta məktəbi ilə tanış olmuş, rayon mədəniyyət evinin vəziyyəti ilə maraqlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən “3A” MMC-yə məxsus təhlükəsizlik sədləri və qalvanikləşdirmə və “Azərinşaatservis” MMC-nin şpal zavodları ilə də tanış olmuşdur.