Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

AZƏRTAC müsahibəni təqdim edir.

-Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

-İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil - “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir?

-İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər.

-Bir həftədən çoxdur döyüşlər gedir və istər bir tərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünür ki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycan tərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi?

-Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər.

-Hərbi itkilər barədə danışmaq olarmı?

-Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəal fazası başa çatandan sonra məlumat veriləcək.

-Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır?

- Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk.

Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır.

-Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər?

-Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib.

-Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq?

-Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, - azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik.

-İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz?

-Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar.

-Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər?

-Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar.

-Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır