Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Xocasən” yarımstansiyasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Xocasən” yarımstansiyasının açılışında iştirak etmişdir

Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də 110/35/10 kV-luq “Xocasən” yarımstansiyasının açılışında iştirak etmişdir.

Hazırda Azərbaycanın elektroenergetika sistemi ən müasir standartlara uyğun yenidən qurulur. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq Bakı şəhəri və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması da diqqət mərkəzindədir. Dövlətimizin başçısının sərəncamı ilə 2006-cı ildən fəaliyyəti bərpa olunan “Bakıelektrikşəbəkə” ASC ötən müddətdə 13 ədəd 110 kilovoltluq və 35 ədəd 35 kilovoltluq yarımstansiya, həmçinin, 100 transformator məntəqəsi inşa etmiş, 600 min sayğac quraşdırmış, yüz kilometrlərlə uzunluğunda kabel və hava xətləri çəkmişdir. 60 il əvvəl tikilən “Xocasən” yarımstansiyası da tamamilə köhnəlmişdi. Həmin stansiyanın avadanlığı müasir dövrün tələblərinə cavab vermirdi. 2010-cu ildə əvvəlki energetika qurğusunun əvəzinə 110/35/10 kilovoltluq yeni yarımstansiya inşa edilmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin müasirləşdirilməsi ilə yanaşı, yeni energetika qurğularının memarlıq baxımından da yüksək səviyyədə olmasına, abadlıq və yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət yetirilir. Dövlətin hərtərəfli dəstəyi ilə şəbəkə investisiya proqramını paytaxtın sürətli sosial-iqtisadi inkişafına uyğun həyata keçirməyə çalışır.

“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Bakı şəhəri və Abşeron yarımadasında mövcud və tikilməsi nəzərdə tutulan 110 kilovoltluq yarımstansiyaların dairəvi birxətli elektrik sxemi barədə məlumat verdi. Qeyd olundu ki, “Xocasən” yarımstansiyası dairəvi sistem çərçivəsində istifadəyə verilən növbəti energetika qurğusudur.

Prezident İlham Əliyevə məlumat verildi ki, yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan 2 transformator, 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılmışdır. Bu layihə çərçivəsində “Səngəçal” yarımstansiyasında da yenidənqurma tədbirləri həyata keçirilmiş, həmin yarımstansiyadan “Xocasən” yarımstansiyasına 44 kilometr uzunluğunda 110 kilovoltluq ikidövrəli hava xətti çəkilmiş və bir sıra digər işlər görülmüşdür. Həmin yarımstansiyadan Xocasən, Sulutəpə və Lökbatan qəsəbələrinə, həmçinin bir sıra mühüm istehsal, sosial və ticarət obyektlərinə elektrik enerjisi ötürülür.

Dövlətimizin başçısına bildirildi ki, şəbəkənin investisiya proqramı əsasında həyata keçirilən bu tədbirlər nəticəsində abonentlər fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar.

Prezident İlham Əliyev “Xocasən” yarımstansiyasının idarəetmə mərkəzi ilə tanış oldu. Qeyd edildi ki, dairəvi sistemə daxil olan bu energetika qurğusunun inşası şəbəkənin etibarlılığı və dayanıqlılığının artmasına mühüm töhfədir. “Bakıelektrikşəbəkə”nin güc mərkəzlərinin hər hansı birində enerji itkisi baş verərsə və ya balans pozularsa, bu yarımstansiya digər güc mərkəzlərinin balanslaşdırılmasını təmin edən qovşaq rolunu oynayacaqdır.

Prezident İlham Əliyev yeni yarımstansiyanı işə saldı.

Dövlətimizin başçısına 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular barədə də məlumat verildi. Bildirildi ki, bütün energetika qurğularında ən inkişaf etmiş ölkələrin avadanlıq və texnologiyaları ilə yanaşı, artıq respublikamızda istehsalına başlanmış belə müasir məhsullar tətbiq edilir. Məhz son bir neçə ildə aparılan kompleks yenidənqurma tədbirləri nəticəsində əvvəlki illərlə müqayisədə şəbəkənin gücü 53 faiz artaraq 4800 meqavoltamperi üstələmişdir.

Prezident İlham ƏLİYEV yeni yarımstansiyanın açılışı münasibətilə inşaatçıları və energetikləri təbrik edərək dedi:

-Yeni gözəl yarımstansiyanın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün şəhər infrastrukturu üçün çox əlamətdar bir gündür. Həm yollar çəkilir - Sumqayıt dairəvi yolu, Bakı dairəvi yolu. Bu gün Bakıda çox vacib məsələlər öz həllini tapır. O cümlədən şəhərimizi dayanıqlı enerji ilə təmin etmək üçün son illərdə çox böyük işlər görülüb. İndi bu yarımstansiyada quraşdırılmış avadanlığın demək olar ki, əksər hissəsi Azərbaycanda istehsal olunub. Əvvəlki illərdə biz xarici təchizatdan asılı idik. Bir balaca nasazlıq yarananda, yaxud da ehtiyat hissələri sıradan çıxanda gözləməli idik ki, xaricdən bizə avadanlıq gətirsinlər. Bu gün isə Azərbaycanda xüsusilə də özəl biznes üçün elə imkanlar yaranıb ki, lazım olan bütün bu avadanlıqları biz özümüz istehsal edək.

Son illər ərzində bütün sahələrə qoyulan investisiyalar artıq bəhrəsini verir. Bununla bərabər, nə qədər çox iqtisadi fəallıq olarsa, o qədər də çox enerjiyə tələbat artır. Baxmayaraq ki, Azərbaycanda son illərdə bir neçə böyük elektrik stansiyası tikilib və bu gün imkanlarımız tələbatdan üstündür, biz gələcəyi nəzərə almalıyıq. Beş ildən, on ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir. Biz enerji mənbələrindən bəhrələnəcəyik. Elə etməliyik ki, enerji imkanlarımız heç olmasa, 5-10 il tələbatdan qabaq olsun. Biz bunu yaradırıq.

Biz bütün Bakının enerji təsərrüfatını “Bakıelektrikşəbəkə”yə verəndən sonra bu sahədə əsaslı dönüş yaranmışdır. Çünki siz bu sahədə uzun müddətdir ki, işləyirsiniz və bilirsiniz, əvvəlki vəziyyət necə idi. Bu qurum idarəetməyə verilmişdi. İdarəedənlər də vəzifənin öhdəsindən gələ bilmirdilər. Mən indi xatırlayıram, biz “Bakıelektrikşəbəkə”ni yaradanda və bütün infrastrukturu, imkanları səfərbər edəndə yığım Bakıda 26 faiz idi. Bu gün yığım 90 faizdən yuxarıdır. Özü də keyfiyyətli enerji təchizatı təmin olunub. Nə Bakıda, nə başqa rayonlarda enerji qıtlığı yoxdur. Əvvəlki illərdə ən böyük problemlərdən biri məhz o idi. Həm xətlər köhnəlmişdi, stansiyalar yox idi, həm də mazut ehtiyatları kifayət deyildi. İndi biz mazutdan ümumiyyətlə istifadə etmirik. Ancaq qazdan, çox keyfiyyətli və ekoloji baxımdan təmiz məhsuldan istifadə edirik. Nə qədər böyük qənaət etmişik!

Həm də bu sahə prioritet sahədir. Hər bir ölkənin inkişafını təmin edən, müəyyən edən onun enerji potensialıdır. Bizdə hər şey - təbii resurslar, su mənbələri vardır. İndi biz alternativ enerji mənbələrinin yaradılması ilə məşğuluq. Biz enerji resurslarımızı başqa ölkələrə ixrac edirik. Qonşu ölkələrə bizdən elektrik enerjisi ixrac olunur. Gələcəkdə yeni xətlərin tikintisi nəticəsində bu ixrac daha da artacaqdır. Bu gün Azərbaycanın enerjisi Rusiyaya, Türkiyəyə, İrana ixrac edilir. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik xətlərinin birləşməsi nəticəsində, - bu layihə yəqin ki, gələn il icra olunmalıdır, - biz xaricə, xüsusilə də Türkiyəyə daha da böyük həcmdə elektrik enerjisini verə bilərik. Bu, imkanlarımızı artırır və Azərbaycanın potensialını gücləndirir.

Bu işlərdə energetiklərin xüsusi rolu, zəhməti vardır. Mən bu gün bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Prezident İlham Əliyev inşaatçılara və energetiklərə bir daha uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi. 

 

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO