Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Prezident Kitabxanasında “Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihə hazırlanıb

Prezident Kitabxanasında “Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihə hazırlanıb

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının hazırladığı “Azərbaycan - UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilib.

Kitabxananın direktoru Mayıl Əhmədov AZƏRTAC-a bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatların üzvlüyünə daxil olub. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar arasında UNESCO ilə - BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı ilə əlaqələrə xüsusi önəm verilir.

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal layihələrdə iştirak etmək və texniki yardımlardan bəhrələnmək imkanını verir. UNESCO, həmçinin xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsində, maddi-mədəni irsinin qorunmasında müstəsna rol oynayır. UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir.

Kitabxananın direktoru qeyd edib ki, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasından 25 il ötür. Azərbaycan bu quruma 1992-ci il iyulun 3-də üzv qəbul olunsa da, əlaqələrin genişləndirilməsi 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb. Azərbaycan-UNESCO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrında ilk rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə edilib və Memorandum imzalanıb.

1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yanında Milli Komissiya yaradılıb. 2005-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən bu komissiyanın, həmçinin Parisdə də UNESCO yanında Daimi Nümayəndəliyi var.

Daha sonra Mayıl Əhmədov qeyd edib ki, UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. Mehriban Əliyeva hələ bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülməzdən əvvəl mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəğbət qazanmışdır. Milli mədəniyyətimizin qorunması və təbliği sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Həmin fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və s. digər mədəni tədbirlər keçirilib.

Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində, həmçinin Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn layihələr və tədbirlər həyata keçirir.

Mehriban xanım Əliyevanın ölkəmizin zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqi sahəsində xidmətlərinə görə 2004-cü il avqustun 13-də bu qurumun Xoşməramlı səfiri adına layiq görülməsindən sonra UNESCO ilə Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etməyə başlamışdır.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanın bir çox mədəni sərvəti dünyanın qeyri-maddi mədəni irs siyahısına salınıb. 2000-ci ildə Şirvanşahlar saray kompleksi və Qız Qalası da daxil olmaqla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, Çövkən-Qarabağ atüstü oyun ənənəsi, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, Lavaş və bu ilin sonlarında isə Azərbaycan dolması və kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mayıl Əhmədov qeyd edib ki, Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron resurs http://unesco.preslib.az/ domenində yerləşdirilib. Elektron resurs iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb.

Elektron resursun strukturu haqqında ətraflı məlumat verən kitabxananın direktoru bildirib ki, resurs 6 əsas bölmədən və 46 yarımbölmədən ibarətdir. Birinci bölmədə UNESCO-nun yaranması, nizamnaməsi, rəhbər və icraedici orqanları, üzv ölkələr və xoşməramlı səfirlər haqqında məlumat verilir. Xoşməramlı səfir Mehriban xanım Əliyevanın fəaliyyətinin xronikası da bu bölmədə öz əksini tapıb. Resursun “Azərbaycan və UNESCO” adlı digər bölməsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu haqında, Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın mənəvi inciləri və Dünya Sənəd İrsi “Dünya yaddaşı” reyestrinə daxil edilmiş əlyazmalar haqında və bu il “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilmiş Şəki: sənətkarlıq və xalq yaradıcılığı haqqında geniş məlumatlar daxil edilib.

Elektron resursun digər bölməsi “UNESCO-nun yubiley tədbirləri” adlanır. Bu bölmədə Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən XX əsrin 60-cı illərindən UNЕSCО-nun fəaliyyətində aktiv iştirak etməsi, UNЕSCО tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundzadənin komediyalarının nəşr edilməsi, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət val və audiokasetlərin buraxılması haqqında məlumatlar verilib. Həmin bölmədə, həmçinin müstəqillik illərində UNЕSCО tərəfindən Azərbaycanın görkəmli şair və yazıçılarının, alim və filosoflarının, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli mərasimlə qeyd edilməsi barədə materiallar öz əksini tapıb.

Azərbaycan Respublikasının UNЕSCО-nun beynəlxalq konvensiyalarına qoşulması barədə sənədlərin mətnləri elektron resursun “Beynəlxalq konvesiyalar” bölməsində toplanılıb.

“E-Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində UNЕSCО-ya və Azərbaycanın mədəni irsinə aid 100-dək kitabın elektron versiyaları yerləşdirilib. Eyni zamanda, resursun hazırlanmasında istifadə olunmuş kitabların, dövri mətbuat materiallarının və saytların da siyahısı ayrıca verilib.

Elektron resurs mütəmadi olaraq yenilənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam