PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA

AZƏRTAC xəbər verir ki, martın 30-da Prezident sarayında Polşa Prezidenti Lex Kaçinskinin rəsmi qarşılanma mərasimi olmuşdur.Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskini səmimiyyətlə qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri Polşa Prezidenti Lex Kaçinskiyə, Polşa nümayəndə heyətinin üzvləri Azərbaycan
Prezidenti İlham Əliyevə təqdim edildi.
Prezidenti İlham Əliyevə təqdim edildi.Dövlət başçıları Prezident sarayında rəsmi şəkil çəkdirdilər.