PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA

Avqustun 28-də Prezident sarayında Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Tanini səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qətər Dövlətinin başçısına raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qətərin və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın rəsmi şəxsləri Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taniyə, Qətər nümayəndə heyətinin üzvləri
Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.