PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 12-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Gürcüstan arasında müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnun olduqlarını bildirmişlər.
Prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
Söhbət zamanı regional məsələlər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.