PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 14-də Moldova Prezidenti Vladimir Voronin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Moldova arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə etmişlər. Yüksək səviyyədə qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunmuşdur.
Prezidentlər beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində həyata keçirilən əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.—