PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkoya telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Ukrayna Prezidentini doğum günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Viktor Yuşşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin müxtəlif sahələrində inkişafından məmnun olduqlarını bildirmiş və gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə etmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.